Bakıda qadın kişini döydü

Bakı sakini üzləşdiyi xuliqanlıq hadisəsi ilə bağlı polisə müraciət edib
Lent.az-ın məlumatına görə, 1978-ci il təvəllüdlü Müslüm Səfərov “102”yə zəng edərək bildirib ki, qohumu, 1976-cı il təvəllüdlü Ulduz Səfərova mağazada onu döyüb. 40 yaşlı kişinin sözlərinə görə, hadisə N.Quliyev küçəsi 36 ünvanındakı marketdə baş verib və o, qadın tərəfindən döyülərək xəsarətlər alıb.Müraciət əsasında araşdırma aparılır.pia.az