İmişlidə iki minik avtomobili toqquşdu - Ölən var

İmişli rayonunun Telişli kəndi ərazisində "Prado" markalı avtomobillə "VAZ 2106" markalı avtomobil toqquşub
PİA.AZ APA-ya istinadən xəbər verir ki,nəticədə "VAZ 2106" markalı avtomobilin sürücüsü Telişli kənd sakini, 1976-cı il təvəllüdlü Kərimov Pənah Lətif oğlu hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.pia.az