Lənkəranda qadın və qızı döyülüb

Lənkəran rayonunda qadın və onun qızı döyülüb
"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Liman şəhəri ərazisində baş verib. Orada yaşayan 1949-cu il təvəllüdlü Qarayeva Humay müxtəlif bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Bir qədər sonra isə xəstəxanaya bədənində müxtəlif xəsarətlər olan 1972-ci il təvəllüdlü Miriyeva Samirə adlı qadın da gətirilib. S.Miriyevanın Humay Qarayevanın qızı olduğu bildirilib.İlkin məlumata görə, onları naməlum şəxs döyüb. Ana və qızına qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.  Faktla bağlı araşdırma aparılır. pia.az