Rusiyada qidadan kütləvi zəhərlənmə olub

Rusiyanın Ulan-Ude şəhərində kütləvi zəhərlənmə olub
AzNews.az "RİA Novosti"yə istinadən xəbər verir ki, yerli kafelərin birində eyni gündə ayrı-ayrı vaxtlarda nahar edən 46 nəfərin halı pisləşib.Onlar xəstəxanada müayinə edildikdən sonra məlum olub ki, kütləvi zəhərlənməyə səbəb salmonellez infeksiyası olub.Zəhərlənənlərdən 8 nəfər yeniyetmədir.pia.az