Nazirlik tapşırıqlara 102,7 faiz əməl edib

Naxçıvan Muxtar Respublikası Rabitə və YeniTexnologiyalar Nazirliyində ötən il ərzində plan tapşırıqlara 102,7 faiz əməl olunub, tarif gəliri əlavə dəyər vergisiz 8 milyon 425 min 958 manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 150 min 21 manat çoxdur
AzVision.az xəbər verir ki, bu barədə muxtar respublikada nazirlikdə keçirilən kollegiya iclasında bildirilib.Qeyd olunub ki, hesabat ili ərzində 2562 ədəd yeni telefon nömrəsi istismaraverilib. Ümumilikdə, “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti öz müştərilərinə 27 milyon 436 min 390 manat dəyərində xidmət göstərib.Yüksək keyfiyyətli xidmət sayəsində 4-cü nəsil “Naxtel” operatorunun istifadəçi sayı il ərzində 20700 nəfər artaraq 30 minə yaxınlaşıb.Bundan əlavə, 2017-ci ilin iyun ayında nazirliklə Çin Xalq Respublikasının“Huawei” şirkətinin birgə layihəsi olan “Gələcəyin İKT sahəsindəki toxumları”adlı ikinci proqram çərçivəsində 12 tələbə “Huawei” şirkətinin Şenjen şəhərindəki yay təlim mərkəzində istehsalat təcrübəsinə göndərilib.pia.az