Qazaxıstanda fövqəladə vəziyyət ləğv edildi

Ötən gün əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Qazaxıstanın Astana vilayətində elan edilən fövqəladə vəziyyət ləğv edilib
Astana merinin mətbuat katibi Elvira Jurqenbayeva bu barədə brifinqdə bildirib.Mətbuat katibinin sözlərinə görə, əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq fövqəladə vəziyyət yalnız 1 günlük elan edilmişdi.Qeyd edək ki, ötən gün Astanada güclü külək və qar həyatı iflic etmişdi - aeroportda reyslər təxirə salınmış, məktəblərdə dərslər dayandırılmışdı.(Trend)pia.az