“Estetik əməliyyat pis şey deyil” - Amaliya Pənahova

"Günə son" verilişinin qonağı olan xalq artisti Amaliya Pənahova plastik əməliyyatdan danışıb
Axşam.az-ın məlumatına görə, aktrisa haqqında çıxan xəbərlərə çox əsəbiləşdiyini deyib:"Mənə telefonla zəng edib hansısa məsələdə fikir alanda cavab vermirəm. Çünki qarşımdakını tanımıram. Üzbəüz verirəm müsahibələri. İnciyənlər də olur. Sonra şəkillərimi fotoşop edib, yalan-yalan şeylər yazırlar. Sənə nə var mənim sifətim nə cürdür? Mənə nə cür yaşayacağımı öyrədə bilməzlər. Onlar özləri özlərini alçaldır. Heç kim özünü gülünc vəziyyətə salmaq istəməz. Əgər belə olubsa, onun günahı deyil, edənindir. Estetik əməliyyat pis şey deyil".pia.az