“Səfirliyin Qüdsə köçürülməsi bir neçə il gecikəcək”

ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi üçün bir neçə il lazımdır
Bu barədə “Fox News” telekanalının efirində ABŞ-ın vitse-prezidenti Maykl Pens danışıb.“Bu addımın planlaşdırılması gedir. Bildiyiniz kimi konsulluğumuz Qüdsdə yerləşir. Prezident planlaşdırmaya başlamaq, yer seçmək və lazımi infrastrukturun formalaşdırılmasının vacibliyini bəyan edəcək. Düşünürəm ki, lenti kəsməzdən əvvəl bunun üçün bir neçə il lazımdır” – Pens belə deyib.ABŞ vitse-prezidentinin dediyinə görə, son 20 ildən çox müddət Konqres və digər orqanlar səfirliyin Qüdsə köçürülməsi qərarına səs versə də, Trampa heç bir prezidentin bu addımı atmağa qətiyyəti çatmayıb.Qeyd edək ki, Maykl Pens 19 yanvarda Yaxın Şərq turuna çıxacaq. O, Misir prezidenti Sisi, İordaniya kralı II Abdulla və İsrail baş naziri Benyamin Netanyahu ilə görüşəcək.(Avropa.info)pia.az