Bakıda yol qəzası: 1 ölü

Bakının Nəsimi rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
 APA-nın məlumatına görə, 3-cü mikrorayon dairəsi yaxınlığında, C.Səlimov küçəsində avtomobil 1968-ci il təvəllüdlü Məmmədov Elçin Fəqan oğlunu vurub.E.Məmmədov 1 saylı şəhər klinik xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.pia.az