“Azərreyl” Rumıniya klubunu qəbul edəcək

Bu gün Bakının qadın voleybolçulardan ibarət "Azərreyl" komandası Çağırış Kubokunda 1/16 final mərhələsinin cavab oyununa çıxacaq
PİA,AZ goal.az-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi ilk matçda 1:3 hesabı ilə uduzduğu Rumıniyanın "Ştiinta" kollektivini qəbul edəcək.Növbəti mərhələyə vəsiqə qazanmaq üçün "Azərreyl" 3:0 və ya 3:1 hesabı ilə üstələyərək, cütün taleyini "qızıl set"də həll etməlidir. 3:2 hesablı qələbə isə Azərbaycan komandasının mübarizə dayandırmasına səbəb olacaq.Çağırış Kuboku 1/16 final, cavab oyunu9 yanvar18:00. Azərreyl (Bakı, Azərbaycan) - Ştiinta (Bakeu, Rumıniya)Hakimlər: Teodora Kiriopulu (Yunanıstan), Milan Nikoliç (Bosniya və Herseqovina)Bakı. Voleybol Mərkəziİlk oyun - 1:3pia.az