Polis iki gündə 3 kiloqramdan çox narkotik tutub –Cinayət işi qaldırılıb

Azərbaycan polisi yanvarın 6-7-də ümumi çəkisi 3 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 1,2 kiloqram heroin, 1,9 kiloqrama yaxın marixuana götürüb
Belə ki, polis orqanları Yardımlı rayon sakini Rasim Həsənovdan 1 kiloqram 200 qram heroin, Bakının Qobustan qəsəbə sakini Ramin Şahbazovdan 480 qram, Hacıqabul şəhər sakinindən İlqar Gülümovdan 480 qram marixuana, Salyan rayon sakinləri Təbriz Rəhmanovdan 5,121 qram tiryək, 65,144 qram marixuana, Pərviz Rəhmanovdan 831 qram marixuana götürüb.Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.pia.az