İtlər qoyunlara hücum etdi - Ağstafada

Ağstafa rayonunda sahibsiz itlər heyvanlara hücum edib
APA-nın qərb bürosunun xəbərinə görə, hadisə Qıraq Kəsəmən kəndində baş verib. Quduzlaşmış itlər Turan Yaqubəliyevə məxsus təsərrüfata girərək iki baş xırdabuynuzlu heyvanı parçalayıb, birinə isə xəsarət yetirib. Səhər saatlarında heyvanları həyətyanı sahəyə buraxan təsərrüfat sahibi bu mənzərə ilə qarşılaşıb. Təsərrüfat sahibi bildirib ki, kənddə son vaxtlar sahibsiz itlərin sayı artıb.pia.az