Xalq artistlərinin qarşılıqlı iddiaları təmin olunmayıb

Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə, Ramiz Məlikin isə Məleykə Əsədovaya qar qarşı iddiası üzrə məhkəmə iclası davam edib
APA-nın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara görə, hər iki tərəfin iddiası məhkəmə tərəfindən təmin edilməyib.Qeyd edək ki, M. Əsədova həmkarından şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.Buna səbəb kimi Ramiz Məlikin mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlətməsi göstərilir.R. Məlik də ona qarşı iddia ərizəsi verərək 300 min manat təzminat tələb edib.pia.az