Türkiyənin məşhur aktyoruna 6 il həbs verildi

Türkiyənin məşhur aktyoru Səlim Ərdoğana 6 il 7 ay, 20 gün həbs cəzası verilib
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun həbs olunmasına səbəb narkotik istifadə etməsi olub.Qeyd edək ki, polis 2017-ci ilin aprel ayında aktyorun evinə basqın edib və onun mənzilindən 840 qram narkotik tapılıb. O, həmçinin evinin həyətində də narkotik yetişdirməkdə günahlandırılıb. pia.az