Bombardirlə lider arasında 180 minlik fərq

İngiltərə çempionatının ən yüksək ödənişli futbolçularının adları açıqlanıb
PİA.AZ apasport.az-a istinadən xəbər verir ki, "Daily Mail" nəşrinin tərtib etdiyi siyahıya "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba başçılıq edir.Fransalının həftəlik məvacibi 290 min funt-sterlinqə bərabərdi. İkinci pillədə "mankunianlar"ın digər üzvü Romelu Lukaku qərarlaşıb - 250 min funt-sterlinq.Üçüncü yeri isə həftədə 220 min funt-sterlinq maaş alan 3 futbolçu - Zlatan İbrahimoviç ("Mançester Yunayted"), Serxio Aquero və Yaya Ture (hər ikisi "Mançester Siti") bölüşür.Aleksis Sançesin "Arsenal"dakı maaşı 130 min, Ueyn Runinin "Everton"dakı məvacibi isə 115 min funt-sterlinqdi. "15-lik"dən kənarda qalan futbolçuların sırasında Harri Keyn də var. 2017-ci ilin ən məhsuldar oyunçusu "Tottenhem"də həftədə 110 min funt-sterlinq alır. Bu isə o deməkdi ki, siyahıya başçılıq edən Poqba ilə onun arasında 180 minlik fərq var. Siyahıdan məlum olur ki, Premyer Liqada futbolçularına ən yüksək məvacib verən klublar Mançester təmsilçiləridi.1. Pol Poqba ("Mançester Yunayted") - 290 min funt-sterlinq2. Romelu Lukaku ("Mançester Yunayted") - 250 min funt-sterlinq3-5. Zlatan İbrahimoviç ("Mançester Yunayted") - 220 min funt-sterlinq3-5. Serxio Aquero ("Mançester Siti") - 220 min funt-sterlinq3-5. Yaya Ture ("Mançester Siti") - 220 min funt-sterlinq  6-8. Kevin de Bruyne ("Mançester Siti") - 200 min funt-sterlinq6-8. David de Xea ("Mançester Yunayted") - 200 min funt-sterlinq6-8. Eden Azar ("Çelsi") - 200 min funt-sterlinq9-10. Vircil van Diyk ("Liverpul") - 180 min funt-sterlinq9-10. Filipp Koutinyo ("Liverpul") - 180 min funt-sterlinq11. Aleksandr Lyakazett ("Arsenal") - 170 min funt-sterlinq12. David Silva ("Mançester Siti") - 160 min funt-sterlinq13-15. Sesk Fabreqas ("Çelsi") - 150 min funt-sterlinq13-15. Alvaro Morata ("Çelsi") - 150 min funt-sterlinq13-15. Daniel Starric ("Liverpul") - 150 min funt-sterlinqpia.az