Duqin Rusiya azərbaycanlıları və Bakı ilə Moskva arasındakı münasibətlər haqda

"Azərbaycan və Rusiyanın intellektual elitası Moskva və Bakı arasında yaxınlaşmaya daha fəal şəkildə kömək etməlidir"
Bunu  açıqlamasında Beynəlxalq Avrasiya Hərəkatının sədri, Rusiyanın ictimai-siyasi xadimi və politoloq Aleksandr Duqin deyib."Rusiya azərbaycanlıları Bakı ilə Moskva arasında münasibətləri inkişaf etdirəcək güc olmalıdır", - deyə A.Duqin bildirib.O əlavə edib ki, bu istiqamətdə Azərbaycan diasporunun göstərdiyi səylər hələ ki kifayət qədər deyil.Ekspert Ümumrusiya Azərbaycan Konqresinin bağlanmasının əlaqələrin inkişafında mənfi məqam olduğunu vurğulayıb: "Burada, təbii ki, Rusiyanın məqsədli addımından danışmaq olmaz. Amma istəsəydilər, bu məsələni başqa cür rəsmiləşdirə bilərdilər. Məsələnin həlli yolu mənə pis təsir etdi. Bunun anlaşılmazlıq olduğunu düşünürəm və bu, Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmamalıdır"."Report"pia.az