Qadına 284 milyard dollarlıq elektrik ödəməsi - ABŞ-da

ABŞ-ın Pensilvaniya əyalətində yaşayan Meri Xoromanski 284 milyard dollarlıq elektrik ödəmə qəbzi alıb
Ödənişin 2018-ci ilin noyabr ayına qədər ödənməsi tələb olunurmuş.PİA.AZ xarici mətbuata istinadən xəbər verir ki, daha sonra cərimənin səhv olduğu başa düşülübYerli Eriye Taymz qəzetinə müsahibə verən Xoromanski: “Gözlərimə inana bilmədim. Evimizi yeni il işıqları ilə bəzəmişdik. Bəlkə səhv yerə taxmışıq, deyə düşündüm”, bildirib.Daha sonra səhvini etiraf edən lektrik şirkəti ödəmənin 284 dollar olduğunu qeyd edib. Şirkətin işçisi Mark Durbin səhvin haradan qaynaqlandığını bilmədiyini deyib.Eyni yerli qəzetə müsahibə verən Durbin, “Daha əvvəl heç vaxt milyard dollarlıq ödəmə qəbzi görməmişdim. Müştərinin səhvi bizə bildirməsindən çox razıyıq”, deyə abonentə minnətdarlıq edib.pia.az