Yoxa çıxan alpinistlər kimdir? - Fotolar

Xəbər verdiyimiz kimi, ötən həftənin sonunda Şahyayalaq, Mahmuddərə marşrutu üzrə hərəkət edər 3 alpinistimiz yoxa çıxıb
PİA.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, yoxa çıxan alpinistlər Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadədir.“Qafqazinfo” həmin alpinistlər barədə araşdırma aparıb. Məlum olub ki, bu ilin fevral ayında alpinist Namin Bünyatov iki nəfər həmkarı ilə bərabər “Elbrus” zirvəsini fəth edib.Fəridə Cəbrayılzadə isə həm də fotoqrafdır. O , Ötən il “Atlas Travel” təşkil etdiyi “Qış nağılı” fotomüsabiqəsində birinci yerə çıxıb.Babur Hüseynov isə ötən il dekabr ayında Şahdağ massivində yerləşən “İlham” zirvəsinə (4042m) dostları ilə birgə yürüş edib. Həmin komanda 4 nəfərdən ibarət olub. Namin Bünyatov da yürüşdə iştirak edib. Şaxtalı hava şəraitinə baxmayaraq onlar zirvəyə çıxmağı bacarıblar.pia.az