“Beşiktaş” qapıçısını transferə çıxartdı

“Beşiktaş” heyətlə bağlı islahatlara başlayıb
 Apasport.az saytı “Fanatik”ə istinadən xəbər verir ki, İstanbul klubu qapıçısı Denis Boyko ilə yolları ayırmağa qərar verib.Belə ki, ukraynalı qolkiper transferə çıxarılıb. Baş məşqçi Şenol Günəş 29 yaşlı çərçivə qoruyucusuna ehtiyacının olmadığını bildirib. Təcrübəli mütəxəssislə söhbətdən sonra rəhbərlik Boykonun satılmasını qərarlaşdırıb.2016-cı ildə transfer edilmiş və “Malaqa”ya icarəyə verilmiş Boyko “qara qartal”a qayıtdıqdan sonra da əsas heyətə düşmək uğrunda rəqabətdə uduzub. Ukrayna yığmasının üzvünün karyerasını ölkəsində davam etdirəcəyi bildirilir. Onun xidmətində Kiyev “Dinamo”su və “Şaxtyor” maraqlıdı.Qeyd edək ki, Boyko “Beşiktaş”a “Dnepr”dən keçmişdi.pia.az