Markesin arxivi internetdə yayımlandı

Qabriel Qarsiya Markesin arxivi internetdə pulsuz yayımlandı
Kulis.azın türk mətbuatına istinadən verdiyi məlumata görə, Texsas Universiteti tərəfindən yayımlanan 27 min səhifəlik arxivin yarısı Nobelli yazıçını daha yaxşı tanımaq üçün olduqca əhəmiyyətlidir. Arxivin internetdə yayımlanmasına görə universitet Markesin ailəsinə təşəkkürünü bildirib. Xatırladaq ki, universitet 87 yaşında dünyadan köçən Markesin mətn, foto, məktub və notlardan ibarət 27 min səhifəlik arxivin tamamilə ingilis və ispan dillərində internetdə yayımlanacağını açıqladı.pia.az