Azadlıq prospektində hərəkət məhdudlaşdırılıb

Azadlıq prospektində hərəkət qısa müddətlik məhdudlaşdırılıb
"Azəravtoyol" ASC-dən verilən məlumata görə, asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq səhər saatlarından etibarən Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsində, daha dəqiqi prospektdə yerləşən yerüstü piyada keçidindən Biləcəri-Baksol yolunadək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb.Məhdudlaşdırma qısa müddətlik, bu gün gecə saatlarınadək tətbiq ediləcək.pia.az