“Rusiya Türkiyənin bu əməliyyatına çətin razı olar”

“Suriyada yeni siyasi prosesin başlamasından sonra Rusiyanın bu ölkədə ortamı riskə atacaq hər hansı bir hərəkətə icazə verməsi ehtimalı çox azdır”
Axar.az xəbər verir ki, bu sözləri türkiyəli ekspert Sərhat Ərkman Türkiyənin genişmiqyaslı Afrin əməliyyatına Rusiyanın münasibətini şərh edərkən deyib.Ərkman Türkiyənin bölgədə təhlükəsizliyi təmin etməkdə böyük rol oynadığını, bu səbəbdən də genişmiqyaslı əməliyyat olmasa da, məhdud şəkildə hərbi əməliyyata başlaya biləcəyini və Rusiyanın da bu məsələdə dəstəyini əsirgəməyəcəyini qeyd edib.pia.az