Qüdslə bağlı fövqəladə zirvə toplantısı başlayır

Bu gün Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçiriləcək
AzVision.az-ın məlumatına görə, toplantı yerli vaxtla saat 11:00-da başlayacaq. Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, İran prezidenti Həsən Ruhani, Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Sani, Fələstin lideri Mahmud Abbas, Şimali Kipr Türk Respublikasının Prezidenti Mustafa Akıncı və digər müsəlman ölkələrinin təmsilçiləri iştirak edəcəklər.pia.az