ABŞ “Ay proqramı“nı təzələyir - Tramp sərəncam imzalayıb

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) özünün 1972-ci ildə fəaliyyəti dayandırılmış «Ay proqramı»na qayıtmaq qərarına gəlib
Prezident Donald Tramp bu məqsədlə «Ayın öyrənilməsi» istiqamətində müvafiq sərəncam imzalayıb.«Bu gün imzalayacağım direktiv ABŞ-ın kosmik proqramını insan tərəfindən tədqiqatlara və kəşflərə doğru yönəldir. Bu, Amerika astronavtlarının 1972-ci ildə ilk dəfə Ayda aparılmış tədqiqatlara qayıdışı istiqamətində mühüm addım olacaq» – deyə, Prezident bəyan edib.Məlumat üçün bildirək ki, 1972-cil dekabrın 11-də Amerikanın «Apollon-17» kosmik gəmisi Ayın səthinə eniş edib.Bundan əvvəl Ağ Evdən xəbər verilmişdi ki, ABŞ astronavtları gələcəkdə «Aya və geriyə, son nəticədə isə Marsa pilotlu uçuşlar» həyata keçirəcəklər.pia.az