NATO baş katibinin səlahiyyət müddəti uzadıldı- Bu tarixədək

Yens Stoltenberq NATO baş katibi postunda 2020-ci ilədək qalacaq
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qərar alyansın bu gün keçirilən iclasında qəbul olunub.İclas iştirakçıları yekdilliklə Stoltonberqin səlahiyyət müddətinin (2018-ci ilin 30 sentyabrında başa çatırdı-red:) uzadılmasına səs veriblər. "Müttəfiqləri baş katibi təbrik edirlər. Onlar tam əmindirlər ki, Stoltonberq öz işinin öhdəsindən vicdanla gəlir və onun rəhbərliyi altında NATO təhlükəsizliyə olan təhdidlərə qarşı yüksək hazırlıq nümayiş etdirəcək", – deyə qurumun yaydığı bəyanatda bildirilir.Stoltenberq NATO baş katibi vəzifəsinə 2014-cü ildə seçilib və bu postda Anders Foqs Rasmusseni əvəzləyib.58 yaşlı Yens Stoltenberq 2000-2001-ci və 2005-2013-cü illərdə Norveç hökumətinin rəhbəri olub. Siyasi karyerası dövründə o həm də maliyyə, ticarət və səneyi naziri postlarını da tutub.pia.az