2016-cı ildə 4 milyondan artıq azərbaycanlı xarici ölkələrə səfər edib

2016-cı ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən il xarici ölkələrə 4 milyon 281 min 900 nəfər səfər edib.Bu rəqəm 2010-cu ildə 3 milyon 175 min 606 nəfər olub.Ötən il turizm məqsədilə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı isə 3 milyon 592 min 100 nəfər olub.Bu rəqəm 2010-cu ildə 1 milyon 819 min 600 nəfər olub.pia.az