Brüsseldə uçuşlar təxirə salındı

Brüsselin beynəlxalq hava limanı güclü qar səbəbi ilə reyslərin təxirə salındığını elan edib
Hazırda hava limanında uçuş-eniş zolaqlarının qardan təmizlənməsi işləri aparılır.Qeyd olunur ki, Brüsselə Böyük Britaniya, İsveçrə, Danimaraka, İspaniya, Norveç, İtaliya, Portuqaliya, Rumıniya və Rusiyadan gələn reyslər ləngiyib.Bundan başqa hava limanından ABŞ, Kanada, Danimarka, Fransa, Rusiya və bir sıra Afrika ölkələrinə uçuşlar də təxirə salınıb. (trend)pia.az