İngiltərədə gözlər Liverpul və Mançester derbilərində

Bu gün İngiltərə Premyer Liqasında XVI tura start veriləcək
PİA.AZ-ın apasport.az-a istinadən məlumatına görə, ilk gündə zirvədəki komandalardan "Çelsi" və "Tottenhem" meydana çıxıb."Zadəganlar" turun açılış matçında "Vest Hem"in qonağı olub, "Tottenhem" "Stok Siti"ni qəbul edib.Liderlər qrupuna yaxınlaşmağa çalışan "Arsenal" sabah "Sauthempton"la səfərdə üz-üzə gəlib. "Liverpul" isə Mersisayd derbisində "Everton"u qonaq edəcək.Turun mərkəzi qarşılaşmasında Mançester derbisi baş tutacaq. İlk iki sıranı bölüşən "Mançester Yunayted"lə "Mançester Siti" "Old Trafford"da münasibətlərinə aydınlıq gətirəcəklər. "Qırmızı şeytanlar" liderlə aradakı xal fərqini azaltmaq, "şəhərlilər" isə ən yaxın izləyicisindən bir qədər də uzaqlaşmaq niyyətindədi.İngiltərə Premyer LiqaXVI tur9 dekabr"Vest Hem" - "Çelsi" - 1:0Qol: Arnautoviç, 6"Bernli" - "Uotford" - 1:0Qol: Arfild, 45"Kristal Pelas" - "Bornmut" - 2:2Qollar: Miliviyoviç, 41, Dann, 43 - Defo, 10, 45+3pia.az