Hərbi məhkəmələrin səlahiyyətləri artırılır

Azərbaycanda hərbi məhkəmələrin səlahiyyətləri artırılır
APA-nın məlumatına görə, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanunun 31-ci (Hərbi məhkəmə və onun səlahiyyətləri) maddəsinə əlavələr təklif edilir. Təklifə əsasən, hərbi məhkəmə birinci instansiya məhkəməsi kimi inzibati xətalara dair işlərə də baxa biləcək. Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.pia.az