Robot-tədqiqatçılar Ayda araşdırmalar aparacaq

Çinin robot-tədqiqatçıları Aya səyahət edəcək. Ayın tədqiqi üzrə bütün işlər avtomatik rejimdə aparılacaq
Tədqiqat işləri insanların bilavasitə iştirakı olmadan keçiriləcək. Çinin robot-tədqiqatçıları insanların əvəzinə Aya səyahət edəcək. Ayın tədqiqi üzrə bütün işlər avtomatik rejimdə həyata keçiriləcək. Çin avtomatlaşdırılmış Ay stansiyaları yaradaraq daha genişmiqyaslı və dərin tədqiqatlar apara biləcək.Bu barədə Şanxayda keçirilmiş kosmik texnika sahəsində innovasiyalar üzrə yeddinci beynəlxalq konfransda məlumat verilib.PİA.AZ AZƏRTAC-a istinadən bildirir ki, növbəti ildə Çin Ayın əks tərəfinə "Çanye-4" tədqiqat zondunu yerləşdirmək niyyətindədir. Onun ardınca isə Ayın torpağının toplanması və Yer kürəsinə çatdırılması üçün "Çanye-5" aparatı yola salınacaq.pia.az