Bakıda 375 manata maşın satılır - Ucuz maşın axtaranların nəzərinə

Azərbaycanda bir sıra dövlət qurumları balanslarında olan bəzi nəqliyyat vasitələrini hərrac yolu ilə satışa çıxarır
PİA.AZ Trend-ə istinadən bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərracda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.Mərkəzi Seçki Komissiyasının balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin balansında olan nəqliyyat vasitəsi 5-ci dəfədən çox 50% endirimlə təkrar hərraca çıxarılır.pia.az