“Qarabağın Mədəniyyət Xəzinəsi” layihəsi çərçivəsində gənclərlə görüş keçirilib

“Qarabağın Mədəniyyət Xəzinəsi” layihəsi çərçivəsində gənclərlə görüş keçirilib
06 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Turizm və Menecment Universiteti və “Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyi və birgə təşkilatçılığı ilə həyata keçirilən “Qarabağın Mədəniyyət Xəzinəsi” adlı, Qarabağda olan və hərbi münaqişə zamanı ermənilər tərəfindən tamamilə və qismən dağıdılmış mədəniyyət abidələrimizin təbliğatı istiqamətində, təqdimat xarakterli maarifləndirmə layihəsi çərçivəsində AzərbaycanTurizm və Menecment Universitetinin tələbələri ilə görüşü keçirilib.Tələbələrlə görüşdə Azərbaycan Turizm və Menecment Universitetinin “Mədəniyyət tarixi və nəzəriyyəsi” fənn müəllimi sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə, Azərbaycan Turizm və Menecment Universiteti Tələbə Gənclər Təşkilatının sədri Qoşqar Rzalı iştirak edib.Mərasimi Azərbaycan Turizm və Menecment Universiteti Tələbə Gənclər Təşkilatının sədri Qoşqar Rzalı giriş sözü ilə açaraq layihə haqqında məlumat verib, sonda layihənin həyata keçirilməsində dəstəyi olan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbərliyinə və digər qurumlara öz minnətdarlığını bildirib.Sonra Azərbaycan Turizm və Menecment Universitetinin “Mədəniyyət tarixi və nəzəriyyəsi” fənn müəllimi sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə çıxış edərək gənclərlə Qarabağda olan və hərbi münaqişə zamanı ermənilər tərəfindən tamamilə və qismən dağıdılmış mədəniyyət abidələrimiz haqqında gəncləri məlumatlandırıb.Sonda gəncləri maraqlandıran sualları cavablandırılıb.Qeyd edək ki, Layihənin məqsədinin əsasında ilk növbədə özünün tarixi, maddi- mədəniyyət abidələri ilə zəngin olan Qarabağımızın mədəniyyət abidələrini təbliğ etmək dayanır.pia.az