İş adamının həbsdə olan arvadının cəzası 5 il endirildi

İş adamı Barat Abdullayevin həbs etdirdiyi həyat yoldaşı Təyminə Abdullayevanın apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb
Lent.az-a bu barədə onun vəkili Vasif İsrafilov məlumat verib. Vəkil bildirib ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elşad Şamıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının hökmünə əsasən Təyminə Abdullayevaya təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda dələduzluq), 320-ci( saxta sənəd) maddələri üzrə bəraət verilib. O, Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə günahkar bilinərək cəzası  8 ildən 3 ilə kimi endirilib. Xatırladaq ki, Bakı Ağır Cinayətlə Məhkəməsinin hökmünə əsasən Təyminə Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. Təyminə Abdullayeva barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.  Qeyd edək ki, Təyminə Abdullayevaya barəsində əri Barat Abdullayevin şikayəti əsasında  cinayət işi açılıb. Barat Abdullayev şikayətində bildirib ki, arvadı birgə nikahdan olan yaşayış sahəsini satıb pulunu ələ keçirmək istəyib. Bu məqsədlə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırıb. Yeni şəxsiyyət vəsiqəsində ailəli yox, subay olduğunu yazdırıb. Həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirək, ona 890 min manat məbləğində ziyan vurub. Barat Abdullayev şəxsi bizneslə məşğuldur. Onun Bakıda otelinin, ticarət obyektlərinin olduğu bildirilir. Barat Abdullayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib. Təyminə Abdullayeva ərinin dedikləri ilə razılaşmayaraq söyləyib ki, pullarını Səkinə İsmayılova adlı falçı ələ keçirib. S.İsmayılova ondan fala baxmaq adı ilə əvvəlcə 20 min, sonra isə 10 min manat alıb. Daha sonra onun evini banka girov qoyaraq pul götürüblər. T.Abdullayeva iddia edir ki, falçı Səkinə onun pullarını və əmlakını ələ keçirib.pia.az