“Bu paltara 400 manat vermişik” - xalq artistləri

Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova geyimlərindən danışıb
Axşam.az-ın məlumatına görə, müğənnilər “Zarafat-zarafat” verilişində bahalı geyimlər almadıqlarını deyiblər:“Geyimlərimizin qiyməti fərqlidir. Biz 5, 3 min deyib şişirtmək istəmirik. İki paltar aldığımız üçün bizə baha başa gəlir. Bu paltarımız 400 manatadır. Bahaya qaçmırıq, yaraşanı alırıq. Evdə paltarlarımızdan yer yoxdur. Bir dəfə satmaq istədik, amma alınmadı”.pia.az