FED-in protokolları dolların ucuzlaşmasına səbəb olub

ABŞ Federal Ehtiyat Sisteminin (FED) dünən gecə açıqladığı son iclasının protokollarında dekabrın 12-13-də keçiriləcək iclasda uçot dərəcəsinin artırılmasını dəstəklədiyi, ancaq inflyasiya göstəricisinin yüksəlməkdə çətinlik çəkdiyi bildirilib
Protokollarda aşağı inflyasiyanın 2018-ci ildə FED-in uçot dərəcəsini artırmasına mane olacağı ehtimalları yer alıb.Protokolların açıqlanmasından sonra ABŞ dolları qlobal valyuta bazarında əksər valyutalara qarşı ucuzlaşmağa başlayıb. Belə ki, əsas valyuta cütlüyünün məzənnəsi dünənki hərraclarda 1,1735 USD/EUR səviyyəsindən 1,1825 USD/EUR-a, funtun məzənnəsi 1,3215 USD/GBP-dən 1,3330 USD/GBP-yə, yenə qarşı məzənnəsi isə 112,35 JPY/USD-dən 111,15 JPY/USD-ə dəyişib."Report"un analitik qrupu dolların məzənnəsinin 2018-ci ildə də nisbətən ucuz səviyyələrdə olacağını, əsas valyuta cütlüyünün 1,14-1,21 USD/EUR diapazonunda hərəkət edəcəyini proqnozlaşdırır: "Ucuz dolların ABŞ iqtisadiyyatını stimullaşdıracağı, xammal qiymətlərini yüksək olmasını təmin edəcəyi, nəticədə ABŞ-da inflyasiyanın sürətlənməsinə səbəb olacağı bildirilir. Bu da, FED-in uçot dərəcəsini rahat şəkildə artırmasına şərait yaradacaq".(report)pia.az