Dağıstanın Daxili İşlər Nazirliyinə Karpov başçılıq edəcək

Dağıstanın daxili işlər naziri Əbdürəşid Məhəmmədov postundan gedəcək və onu birinci müavini Sergey Karpov əvəz edəcək
Bildirir ki, xəbəri "Rosbalt" yayıb.Ə.Məhəmmədov bir aydan çoxdur ki, məzuniyyətdədir və bütün bu vaxt ərzində onun vəzifələrini S.Karpov icra edib. Portalın məlumatına görə, Ə.Məhəmmədovun məzuniyyəti məhz qarşıdakı kadr dəyişiklikləri ilə bağlıdır.Onu da qeyd edək ki, bir müddət əvvəl S.Karpova Rusiya Federasiyasının prezidenti Vladimir Putinin fərmanı ilə general-mayor xüsusi rütbəsi verilib.pia.az