Türkiyə Rusiyadan “S-400” komplekslərini 2019-cu ildə alacaq

“Rusiya “S-400” zenit-raket kompleksini 2019-cu ildə Türkiyəyə təhvil verəcək”
"Haber7" bildirir ki, bunu Türkiyənin müdafiə naziri Nurettin Canikli parlamentdəki çıxışında bildirib.Nazir Silahlı Qüvvələrdə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan əməliyyatlardan da danışıb. O qeyd edib ki, FETÖ üzvü olan 8 min 570 nəfər Silahlı Qüvvələr sıralarından kənarlaşdırılıb: “Onların 150-si general, 4 min 630-u isə digər rütbəli zabitlərdir”.pia.az