Qondarma «LXR»-nın başçısı Rusiyaya qaçıb - Ukrayna DİN

Bəzi xəbərlərə görə, o, ailəsini Voronejə göndərib, özü isə Rostov vilayətinə qaçıb
Qondarma «Luqansk xalq respublikası»nın (LXR) başçısı İqor Plotnitski Luqanskdan Rusiyaya qaçıb. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin nümayəndəsi Artyom Şevçenko xəbər verib.Bəzi xəbərlərə görə, o, ailəsini Voronejə göndərib, özü isə Rostov vilayətinə qaçıb.Bu ərəfədə kamuflyaj geyinmiş silahlı şəxslər zirehli texnika ilə Luqanskın mərkəzini tutmuşdular.Döyüşçülərdən birinin sözlərinə görə, onlar Daxili işlər nazirliyinin (DİN) əmrini yerinə yetirirmişlər.Bir qədər sonra məlum olub ki, silahlı şəxslərin küçəyə çıxarılması qondarma respublikanın DİN başçısı İqor Kornetlə əlaqədar olub – Plotnitski onu işdən azad edibmiş. Kornet isə öz növbəsində, bir sıra yüksək vəzifəli məmuru korrupsiyada ittiham edib.«AzPolitika.info»pia.az