Məhkəmə Tatlısəsə qızını vermədi

Məhkəmə illər sonra qızı olduğunu qəbul etdiyi müğənni Dilan Çıtakı İbrahim Tatlısəsə verməyib
Axşam.az Türkiyə mediasına istinadən məlumatına görə, qərara əsasən Dilanın atasının himayəsinə verilməsi üçün ögey atası Cem Çıtakın soyadından imtina etməli və onun nüfuzundan çıxmalıdır. Bunun üçün Dilana ərizə ilə müraciətindən ötrü vaxt verilib. Qeyd edək ki, İşıl Çıtakla Cem Çıtak 1993-cü ildə ailə qurublar. Dilan 2007-ci ildən ögey atasının himayəsində qeyd edilib. Proses ərəfəsində ibrahim tatlısəs Dilanın onun qızı olduğunu sübut etmək üçün DNT testi edilməsini istəməyib.pia.az