Ev telefonlarına görə müqaviləni yeniləməyə ehtiyac qalmadı

“Ultel” MMC rabitə operatoru abunə müqavilələrinin mütəmadi yenilənməsi prosedurunu ləğv edib
Bu barədə Trend-ə şirkətdən məlumat verilib.Məlumatda qeyd olunur ki, bundan sonra operatorla abunəçi arasında imzalanan müqavilə müddətsiz olacaq: “Əgər əvvəllər müştərilər müqavilələri hər üç ildən bir yeniləməli olurdusa, yeni qaydalara əsasən bu prosedur avtomatik olaraq həyata keçiriləcək”.Qeyd edək ki, abunəçinin operatorla müqavilələri mütəmadi olaraq yeniləməsi barədə qaydalar 2016-cı il noyabrın 16-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən ləğv olunmuşdu.pia.az