Ağdamda 15 yaşlı Qığılcımın intiharının səbəbi bilindi

Ağdamda 15 yaşlı Qığılcımın intiharı: “Sınaq imtahanında az bal yığıbmış...”
Ağdamda özünü yaşadığı evin tövləsindən asaraq intihar edən 15 yaşlı Qığılcım Rzayevin ötən gün sınaq imtahanından az bal toplamasına görə intihar etdiyi güman olunur. Bu barədə virtualaz.org-a yeniyetmənin təhsil aldığı məktəbin sabiq direktoru Eyvaz Məmmədov bildirib.Keçmiş müəllimi intihar edən oğlanın çox tərbiyəli, ağıllı şagird olduğunu da qeyd edib: “Ötən gün Quzanlının Çullu kəndində keçirilən sınaq imtahanında iştirak edib. Deyəsən, həyəcanlanıb, imtahanda az bal toplayıb. Güman edirəm ki, imtahanda az bal topladığına görə intihar eləyib. Amma çox heyif, çox yaxşı şagird, ağıllı, tərbiyəli oğlan idi”.Kəndin bələdiyyə sərdi Pənah Hüseynov isə hazırda cinayət işi açıldığını, intiharın səbəblərinin araşdırıldığını bildirib: “Bildiyimə görə, heç bir psixoloji problemi olmayıb. Hazırda intiharın hansı səbəbdən baş verdiyi araşdırılır”.pia.az