15 yaşlı oğlan özünü asdı

Ağdamda 15 yaşlı oğlan intihar edib
Trend-in məlumatına görə, hadisə noyabrın 20-də səhər saat 11:30 radələrində rayonun Çəmənli kəndində baş verib. Kənd sakini, 2002-ci il təvəllüdlü Rzayev Qığılcım Habil oğlu özünü yaşadığı evin həyətindəki tövlədən asıb. Mərhumun qohumları onun meyitini asılmış vəziyyətdə aşkar ediblər.İntiharın səbəbləri hələlik məlum deyil.Faktla bağlı Ağdam rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.pia.az