Məmmədyarov-Lavrov görüşü başladı

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb
AzVision.az xəbər verir ki, nazirlər əvvəlcə təkbətək, daha sonra geniştərkibli görüşlər keçirəcəklər.Məmmədyarov və Lavrovun görüşdə ikitərəfli, həmçinin regional məsələləri müzakirə edəcəyi gözlənilir. Nazirlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə xüsusi diqqət ayıracağı bildirilir. Görüşlərdən sonra birgə mətbuat konfransı keçiriləcək.pia.az