Oğuzda təbiətə ziyan vuran 51 nəfərə qarşı protokol tərtib olunub

Oğuzda meşələri qıranlara və qanunsuz ağackəsmə ilə məşğul olanlara qarşı Rayon Polis Şöbəsi tərəfindən tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki Regional Qrupundan daxil olan məlumata görə, “Ətraf mühitin mühafizəsi”, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalarla bağlı 2017-ci ilin on ayı ərzində Oğuz RPŞ tərəfindən 51 inzibati protokol tərtib olunub.Azərbaycan Respublikası İXM-nin 252-ci maddəsi ilə, yəni meşəqırma fondundan istifadənin oduncağın tədarük edilib daşınması qaydasının pozulmasına görə 6 fakt, meşəqırma bileti olmadan meşə fondunun kök üstə yaş ağacların və kolların kəsilməsi, məhv edilməsi və zədələnməsinə görə 6 fakt, meşə fonduna aid olmayan ağac və ya kol əkililərinin zədələnməsinə, kəsilməsinə və ya məhv edilməsinə görə 5 fakt və nəhayət, Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə, yəni torpaqların, meşə fondu torpaqlarının münbit qatının korlanmasına görə 34 fakt qeydə alınıb və barələrində müvafiq tədbirlər görülüb.Bundan başqa, Oğuz Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə iki cinayət faktı qeydə alınaraq araşdırma aparılıb və baxılması üçün məhkəməyə göndərilib.Yerli polis tərəfindən qeyd olunan inzibati xətaların aşkarlanması üzrə tədbirlər davam etdirilir.pia.az