“Kəpəz”in baş məşqçisi istefa verib

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev istefa verib
APA-nın məlumatına görə, məşqçi bu qərarını bu gün ölkə çempionatının XII turunun “Kəpəz” – “Səbail” oyunundan sonra verib. Həmin matç ev sahiblərinin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.  Qeyd edək ki, Şahin Diniyev 2015-ci ildən "Kəpəz"i çalışdırırdı.pia.az