Polis itkin düşmüş Kürdəmir sakinini tapıb- DİN

Dünən axşam saatlarında Kürdəmir rayonunun Pirili kənd sakini, 1989-cu il təvəllüdlü şəxs otlaq sahəsindən mal-qaranı gətirmək adı ilə evdən çıxaraq geri qayıtmayıb
DİN mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan APA-ya verilən məlumata görə, bundan narahat olan ailə üzvləri onun tapılması üçün Kürdəmir rayon Polis Şöbəsinə müraciət ediblər. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin səhər saatlarında qonşu Ərşəli kəndindəki otlaq sahəsində olduğu müəyyən edilib və o, ailəsinə təhvil verilib. Qeyd edək ki, həmin şəxs ruhi xəstəlikdən əziyyət çəkir. pia.az