Türkiyə ordusu PKK-ya qarşı yerüstü əmədiyyat keçirəcək - Şimali İraqda

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyənin xarici işlər naziri Süleyman Soylu bəyan edib ki, Türkiyə ordusu İraqın şimalında terrorçu PKK-ya qarşı yerüstü əməliyyat keçirə bilər
Türkiyə hərbi-hava qüvvələri (HHQ) 2015-ci ilin iyulundan bəri müntəzəm olaraq, İraqın şimalında PKK-ya qarşı hava əməliyyatları həyata keçirir.«Biz, Qəndilə (Şimali İraqda PKK bazalarının yerləşdiyi dağlıq rayon – red.) gedəcəyik. Biz, sərhədimizin 25 kilometrliyində yerləşən bütün düşərgələri məhv edəcəyik» – deyə, «TRT» telekanalı ölkə parlamentində çıxış edən Soyludan sitat gətirir.Türkiyənin DİN başçısı qeyd edib ki, PKK-nın məhv ediləcəyi konkret tarixi söyləmək olmaz.«Bizim strategiyamız aydındır. Birincisi, sərhədimizin 25 kilometrliyindəki bütün düşərgələri məhv etmək. İkincisi, Qəndilə getmək və orada öz hegemonluğumuzu nümayiş etdirmək. Biz, kürd vətəndaşlarımızın siyasətdə iştirak etmək, istənilən partiyaya üzv olmaq, istənilən partiyaya səs vermək hüquqlarına hörmətlə yanaşırıq, ancaq onlar öz seçimlərini Qəndl qarşısında qorxu altında etməməlidirlər» – deyə, nazir bəyan edib.Xatırladaq ki, 2015-ci ildən üzübəri PKK silahlı dəstələrinin hücumları nəticəində Türkiyədə 900 hərbçi və polis, 300 nəfərdən artıq mülki şəxs həlak olub. Türkiyə müdafiə nazirliyinin (MN) məlumatına görə, həmin dövr ərzində təhlükəsizlik qüvvələri 10 min nəfərdən artıq PKK üzvünü zərərsizləşdirib.pia.az