Mobil operatorlar bu il 708 mln. manat gəlir əldə edib

2017-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın informasiya və rabitə müəssisələri 1 mlrd. 411,4 mln. manatlıq xidmət göstərib ki, onun da 72,7%-i əhali tərəfindən istehlak olunub
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, 2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 5,7% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,2%-i qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 50,1%-i və ya 707,8 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.pia.az