Paltar qoxusu kimi xatırlayıram onu...

Fərid Hüseyndən yeni şeir
Gənc şair Fərid Hüseynin yeni şeirini təqdim edirik Qəlbin qürbətində,ağlın vətənində,yaşayacam haçanacan?Həsrətimi danışsamgöz yaşlarınızın boyu uzanardar ağacınacan. Susuram,susuram,susuram,səsimi qəlbimin dənizinə tökülənlallığımda boğuram... Ətrini getdiyi hər yerdəmiras qoyan bir qadını xatırlayıram. Onunla mənə maraqlıydı,istərdim ki,nə etsəm o saat bilsin,yersiz söz salardımson xəbərlərimdən,elə bilərdim heyrətlənəcək,təəccübdən gözləri alacalanacaq,və mənim əksim daha böyük görünəcək gözlərində. Mənim sevgimdə bir qocalıq vardı,məni danışdıra bilənləri sevərdim,İndi ilk dərs günü geydiyimpaltar qoxusu kimi xatırlayıram onu,hər gün bayram olmur ömür,dəftərimi cıran müəllimə əlləri də yadıma düşür. Dəyməzdi,dəyməzdi,daha gözəl şeylər vardı yaşamağa,ancaq onlara da dəyməzdi. Çətini filmi yox, filmin bitdiyini anlamaqdı.bir dəqiqə vaxtım vardı,baxdım, baxdım,baxdım:dünya maraqlıydı. Ömürsə qısadıköynəklərimiziköhnəltməyə çatmır, yatmır,yatmır,yatmırtale laylamıza yatmır.(kulis) pia.az