Bərdədə 150, Ağdamda 127, Tərtərdə 12 evə zərər dəyib

Zəlzələnin fəsadları haqda açıqlamalar
Zəlzələ nəticəsində Bərdə, Ağdam və Tərtər rayonlarına dəyən ziyan açıqlanıb.Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vidadi İsayev "Report"un Qarabağ bürosuna bildirib ki, zəlzələ nəticəsində Bərdə rayonu ərazisində 150-ə yaxın evə ziyan dəyib: "Daha çox məcburi köçkünlərin məskunlaşdığı rayonun Meşəçilik massivində yaşyaş evlərinə ziyan dəyib. Həmin massivin ərazisində bir ev tamamilə dağılıb".Ağdam RİH-in başçısı Raqub Məmmədov "Report"un yerli bürosuna bildirib ki, rayuon ərazisində 5.7 bal gücündə zəlzələ qeydə alınıb: "Baş verən zəlzələ nəticəsində rayon ərazisində 127 evə, 1 məktəb binasına ziyan dəyib. Bundan başqa rayonun Üçoğlan kəndi ərazisində bir ev tamamilə dağlıb". Tərtər RİH-in başçısı Müstəqim Məmmədov "Report"un yerli bürosuna bildirib ki, Baş verən zəlzələ daha çox rayonun İsmayılbəyli və Evoğlu kəndlərinə ziyan vurub: "Belə ki, rayon ərazisində 9 evə ziyan dəyib, 3 ev isə tamamilə dağılıb. Bundan başqa bir tövlə tamamilə dağılıb və həmin zaman tövlədə heyvanları yemləyən kənd sakini dağıntıların altında qalaraq xəsarət  alıb". Qeyd edək ki, baş verən təbii fəlakətlə bağlı hər üç rayonda ziyanların hesablanması üçün araşdırmalara başlanılıb.pia.az